Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun mövqeyinə reaksiya verib. NATO Ukraynanı istəyi-istəmədiyi mövzusunda dürüst olmalıdır.
Millətin Səsi.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Almaniyada keçirilən və Ukraynanın şərqindəki hadisələrin gündəmdə olduğu Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən deyib.
O bildirib:
“NATO bizə üzvlüklə bağlı aydın cavab verməlidir. Onlar Ukraynanı istədikləri və ya istəmədikləri mövzusunda dürüst olmalıdırlar”.