Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı sənədi imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə o, Təhlükəsizlik Şurasının təcili iclasından sonra məlumat verib.
Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO-nun bir hissəsidir: “Bu gün bunu de-yure etmək üçün müraciət edirik”.
Zelenski qeyd edib ki, Ukrayna defakto NATO-da öz yolunu keçib: “Biz artıq defakto Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik”