Zelenski Nikolayevə də baş çəkdi

Zelenski Nikolayevə də baş çəkdi

Ukrayna Prezidenti Volodimir Zelenski Nikolayev vilayətinə gedib.

 

Modern.az xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb.

 

O, “Kaxovka” SES-in partladılması nəticəsində su basmış ərazilərə baş çəkib. Zelenski bildirib ki, su basmış yaşayış məntəqələrində insanlar təxliyə edilib.

 

Ukrayna Prezidenti xilasedicilərin və hakimiyyət nümayəndələrinin hadisə yerində olduğunu da söyləyib. Qeyd edək ki, Zelenski bundan əvvəl Xerson vilayətini ziyarət edib.

Mənbə

Share: