
“Rusiya diktatoru danışıqlar üçün tərəf-müqabili deyil, həddən artıq çox ciddi cinayətlər törədib…”
“Rusiyaya sülh danışıqları bizi siyasi və fiziki cəhətdən öldürməkdə davam etmək üçün lazımdır…”
Kiyev BƏƏ prezidentinin təklifinə münasibət bildirib
Ukrayna xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, prezident Vladimir Zelenski heç vaxt Vladimir Putinlə bir masa arxasında əyləşməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə o, “Corriere della Sera” nəşrinə müsahibəsində Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın Zelenskinin Putinlə görüşünü təşkil etmək təklifini şərh edərkən bəyan edib.
Rusiyalıların lideri danışıqlar üçün tərəf-müqabili deyil, o, həddən artıq çox ciddi cinayətlər törədib.
Diplomat qeyd edib ki, Rusiya ilə danışıqlar yalnız düşmən tərəfindən zəbt edilən torpaqların azad edilməsindən sonra mümkündür, buna isə güc və diplomatik yolla kömək etmək olar.
“Putin tərəf-müqabili deyil…Digər bilvasitə diplomatik mübarizə üsulları mövcuddur. Lakin bizə tamamilə aydındır ki, heç vaxt Putinlə Zelenskini bir masa arxasında görə bilməyəcəyik”, – Ukrayna XİN rəhbəri bəyan edib.
Xatırladaq ki, avqustun əvvəlində Məhəmməd bin Zayed Al-Nehyan bəyan edib ki, Dubayda BMT-nin noyabr-dekabr ayında planlaşdırılan iqlim üzrə konfransında Zelenski ilə Putinin görüşünü təşkil etmək istəyir. Hər iki prezident bu tədbirdə işturak edəcəyini həmin məqamda təsdiq etməyib.
Bu arada isə Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, hazırda rusiyalılarla danışıqlar aparmaq olmaz. Rusiya tərəfi əmindir ki, onun cəzasız olaraq öldürmək və paralel olaraq atəşin dayandırılmasından danışmaq haqqı var.
O, qeyd edib ki, Rusiyaya danışıqlar istisnasız olaraq maskalanmaq üçün lazımdır, bu yolla o, Kiyevi çoxillik müzakirə prosesinə cəlb etmək, paralel olaraq bizi “siyasi və fiziki cəhətdən öldürməkdə” davam etmək üçün lazımdır.
Düşmənlər bizim dövlətimizdə yeni əlaltılar axtaracaq, özünə loyal olan partiyalar yaradacaq, sonra “öz ölkəsində militarizasiyaya pullar yatıracaq, ordunu möhkəmləndirəcək və əlavə səfərbərlik həyata keçirəcək”, – Podolyak “24 Kanal” nəşrinə deyib.
“Rusiya bugünkü formasında istisnasız olaraq müxtəlif intensivli sonsuz müharibələr formatında mövcud ola biləcək. O, uduzan kimi belə siyasi formada yox olacaq…Onlar bizimlə Ukraynanın ərazisini və ya dövlətçiliyini nəzərə almadan, barbar olmaq hüququ uğrunda döyüşür. Ona görə də onlarla heç nə barədə razılığa gəlmək mümkün olmayacaq”, – o, qeyd edib.
Onun sözlərinə görə, rusiyalılar əmindir ki, “onlar cəzasız öldürmək və paralel olaraq atəşin dayandırılması barədə danışmaq hüququna malikdir”.
“Buna uyğun olaraq, saxta “sülh danışıqları”ndan dəm vurarkən, eyni zamanda qanadlı və ballistik raketlərlə hücum edərkən, onlar tamamilə əmindir ki, düzgün hərəkət edirlər”, – müşavir qeyd edib.