Zelenski Rişi Sunakın müşavirini qəbul etdi

 

Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Timoti Barrou ilə görüşüb.

Millətin Səsi.az xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında məlumat yayıb.

“Ölkəmiz Böyük Britaniyanın müdafiəyə dəstək sahəsində liderliyini yüksək qiymətləndirir. Ukrayna üçün Qərb tipli hərbi təyyarələr və Rusiya təcavüzkarına qarşı lazım olan müxtəlif növ silahlar alması vacibdir. Böyük Britaniyanı Ukrayna üçün hava koalisiyasının yaradılmasında öncül olmağa çağırıram”, – deyə o qeyd edib.

Mənbə

Share: