Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Moskva ilə tamhüquqlu danışıqların mümkün olması üçün Rusiya Ukrayna şəhərlərini atəşə tutmağı dayandırmalıdır.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Heç olmasa, insanlara atəş açmağı dayandırmaq, sadəcə atəşi dayandırmaq və sonra danışıqlar masasına oturmaq lazımdır”, – Ukrayna Prezidenti bildirib.

Eyni zamanda, Zelenski Rusiya arasında gələcək danışıqların perspektivləri ilə bağlı birmənalı cavab verməyib. O, jurnalistin Rusiya tərəfinin danışıqlara hazır olub-olmaması və bu görüşlərin məhsuldar olub-olmayacağı ilə bağlı sualını “Baxarıq” – deyə cavablandırıb.

Prezidentin sözlərinə görə, Moskva qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. “Əks halda bu, vaxt itkisidir”, – Ukrayna lideri vurğulayıb.

Share: