
Ukrayna prezidenti Volodimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.
Tərəflər telefon danışığı zamanı müdafiə əməkdaşlığı proqramını müzakirə edib.
Zelenski Rusiyanın aktivlərinin müsadirəsinin başlandığını qeyd edib və Rusiya Federasiyasına qarşı sanksiyaların gücləndirilməsinə çağırıb.
Trüdo və Zelenski NATO sammiti və digər beynəlxalq tədbirlər ərəfəsində mövqelərini razılaşdırıblar.