Ukrayna və Polşa Prezidentləri Volodimir Zelenski ilə Anjey Duda Lutsk şəhərində görüşüb.
Modern.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, Zelenski ilə Duda Müqəddəs Pyotr və Pavel kilsəsini ziyarət ediblər.
Polşa Prezidenti Litva lideri Gitanas Nauseda ilə birlikdə iyunun 28-də Konstitusiya Günündə Kiyevə səfər edib. Onlar cəbhə xəttindəki vəziyyəti, Avropaya inteqrasiyanı və Ukraynanın sülh formulunu müzakirə ediblər.
Qeyd edək ki, Polşa Rusiya ilə müharibədə Ukraynaya ən çox dəstək verən ölkələrdən biridir. O, Ukraynanın NATO-ya daxil olmaq səylərini dəstəkləyir.