Zelenskinin Rusiya ilə sülh sazişi imzalamaq mandatı yoxdur – Fransa siyasətçisi

Zelenskinin Rusiya ilə sülh sazişi imzalamaq mandatı yoxdur – Fransa siyasətçisi

“Kim sülh imzalayacaq? Zelenskini deyəcəksən? Zarafat edirsiz. O, heç kimin prezidenti deyil və onun səlahiyyətləri ötən ilin mayında başa çatıb”.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri fransız siyasətçisi Jan Lyük Melanşon  X hesabında yazıb.

“Ukraynalılar tərəfindən seçiləcək legitim prezident lazımdır və onları kimi istəsələr, onu seçəcəklər. O bizim işimiz deyil, ancaq sülh sazişini imzalayan odur”, – deyə siyasətçi yekunlaşdırıb.

Melanşon həmçinin əlavə edib ki, seçkilərin keçirilməsi avropalıların tələb etdiyi barışıq üçün yaxşı fürsət yaradacaq və bu münaqişənin həllinə yol açacaq.

Qeyd edək ki, LFI partiyasının qurucusu Jan Lyük Melanşon  Ukraynada ədalətli prezident və parlament seçkilərinin keçirilməsi üçün Ukraynadakı müxalifət partiyalarının hüquqlarının bərpasını tələb edərkən Vladimir Zelenskinin Rusiya ilə potensial sülh sazişini imzalayan ukraynalı kimi mandatını şübhə altına alıb.

Share: