“ Zirə” qalib gəldi, Musa “Qarabağ”a qələbə qazandırdı

“ Zirə” qalib gəldi, Musa “Qarabağ”a qələbə qazandırdı

Bu gün Misli Premyer Liqasında 20-ci tur start götürüb.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

Əvvəlcə son çempion “Qarabağ” “İmişli”nin qonağı olub. Görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda “Zirə” “Karvan-Yevlax”ı qəbul edib və 1:0 hesabı ilə qələbə qazanb.

Misli Premyer Liqası, 20-ci tur

17:00. “Zirə” – “Karvan-Yevlax” – 1:0 

Qol: Davit Volkov, 20

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Mirnihat Seyidov, Əkbər Əhmədov

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Zirə İdman Kompleksinin stadionu

14 fevral 

14:30. “İmişli” – “Qarabağ” – 0:1 

Qol: Musa Qurbanlı, 79 (0:1)

Qırmızı vərəqələr: Kadi Borges, 72 (“Qarabağ”), Dioqo Almeyda, 84 (“İmişli”)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Alik Yunusov

VAR: Əliyar Ağayev

AVAR: Vüqar Həsənli

Quba Olimpiya İdman Kompleksinin stadionu

15 fevral 

14:30. “Kəpəz” – “Neftçi”

17:00. “Araz-Naxçıvan” – “Sumqayıt”

16 fevral 

14:30. “Şamaxı” – “Turan Tovuz”

17:00. “Qəbələ” – “Sabah”

 

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) – 9 qol

Velko Şimiç (“Sabah”) – 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) – 7 qol

Toral Bayramov (“Qarabağ”) – 7 qol

Bassalu Sambu (“Neftçi”) – 7 qol

Karim Rossi (“Şamaxı”) – 7 qol

Dioqo Almeyda (“İmişli”) – 7 qol

Share: