Zülm daha pisdir, yoxsa küfr?

Zülm və küfr – hər ikisi də kəbirə günahlardan sayılır. Günahların arasında ən pisi onlardır. Çünki hər ikisi də Allahın əmrinə müxalifətlik etməkdir. Hər ikisinin həm dünya və həm də axirət cəzaları vardır.

Əgər bu iki günahdan hansının daha pis olduğunu bilmək istəsək, görərik ki, Quran küfrü zülmün ən böyük nümunəsi hesab edir. Çünki hər bir günah həm özünə və həm də başqalarına edilən zülmdür.

Buyurulur: “Və yəhudilərə sənə öncə söylədiklərimizi haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər”. (“Nəhl” 118).

“Kumeyl” duasında oxuyuruq: “Mənim Allahım! Mən günahlarımla özümə zülm etmişəm”.

Ona görə də hər bir günah zülmdür, hətta küfr belə. Bəzi günahlar özünə zülmdür, ancaq bəziləri həm özünə, həm də başqalarına edilən zülmdür. Adətən ikinci növ günahı zülm adlandırırlar.

Bəzi hədislərdə zülm küfrdən daha pis günah kimi tanıdılmışdır. Belə ki, nəbəvi hədisində oxuyuruq: “Hökumətlər mümkündür ki, kafir olsun və davamlı olsun, ancaq əgər zalım olarsa, davamlı olmayacaqdır”.

Bu hədis onu göstərir ki, əgər hökumət kafir olsa da, amma ədalətə riayət edərsə və insanlara zülm etməzsə, həmin hökumət davamlı ola bilər. Zalım olarsa isə, çox davam etməz.

Başqa tərəfdən, zülm edən insanın imanı olmaz, yəni küfrə yaxın olar. (Tebyan)

Ona görə də deyə bilərik ki, zülm günahının dünya və axirət cəzaları küfrdən daha çoxdur. Ona görə də zülm günahı küfrdən də pis günahdır.

Share: