İngiltərə Futbol Liqası 5 əvəzetməyə icazə verdi

İngiltərə Futbol Liqası (EFL) komandaların bu mövsüm hər matçda beş əvəzetmədən istifadəsinə icazə verib.

Qol.az “Sky Sports”a istinadən xəbər verir ki, noyabrın 20-də Çempionşipdə “Koventri” və “Birmingem” komandaları arasında keçiriləcək matçda yeni qaydadan istifadə olunacaq.

Qeyd edək ki, EFL Premyer Liqadan başqa bütün çempionatlara nəzarət edir.
1xbet giriş
Bu ilin avqust ayında Premyer Liqanın əksər klubları 5 əvəzetmədən istifadə edilməsinə qarşı olublar. Ötən mövsümün sonlarında isə koronavirus pandemiyasının yaratdığı çətinliklərlə bağlı İngiltərə Premyer Liqasında 5 əvəzetmədən istifadə edilib.

Share: