Avropa İttifaqı Rusiyaya qarşı səsləndirdiyi təhdidləri əməli addımlarla təsdiqləyə bilmir və dişləri olmayan qoca bir iti xatırladır.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Siyasi təhlilçi, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Larri Conson TASS-a açıqlamasında bildirib.
Avropa liderlərinin Rusiya ilə genişmiqyaslı münaqişəyə həqiqətən hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən Conson belə bir bənzətmə edib: “Moskvadakı parklarda gəzərkən insanların belə itləri gəzdirdiyini görə bilərsiniz. Çox kiçik, qoca və demək olar ki, dişləri olmayan itlər… Avropa da məhz belədir”.
O əlavə edib: “Avropa yerinə yetirə bilməyəcəyi təhdidlər səsləndirir. Onların iqtisadiyyatı çökmüş vəziyyətdədir, mədəniyyətləri sarsılıb və milli kimliklərini itiriblər. Açığı, onların necə sağ qala biləcəyini təsəvvür etmirəm”.
Conson həmçinin Avropa ölkələrində LGBT ideologiyasının (Rusiyada LGBT hərəkatı ekstremist kimi tanınır və qadağan edilib) yayılmasına və bunun yerli əhali arasında doğum səviyyəsinin azalmasına səbəb olmasına diqqət çəkib. O deyib: “Bu ideologiyanı mənimsəyən avropalılar nəsil artırmayacaqlar. Onların övladları olmayacaq; həmin milli kimliklə böyüyəcək uşaqları yetişməyəcək”.


