Bu yollar buz bağladı – Siyahı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının hazırki vəziyyəti barədə məlumat yayıb.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, qurumun mətbuat katibi Anar Nəcəfli Giləzi – Xızı avtomobil yolunda gecə saatlarında güclü qar yağdığını və şaxta olduğunu bildirib.

“Hal-hazırda zəif qar yağır, 3-5 dərəcə şaxta izlənilir. Yolda səhər saatlarında qar təmizləmiş duz-qum qarışığı səpilmə işləri həyata keçirilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub. Yolda buzlmaşma yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti mormaldır.

Bakı – Qobustan Abşeron rayonu ərazisinə zəif qar yağır, gecə saatlarında yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı yolunda marşrut boyu gecə saatlarında qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib. 2-3 dərəcə şaxta var, yağıntı yoxdur. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yollarda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – Ağsu – Yevlax Muğanlı ərazisində zəif qar yağır, gecə saatlarından başlayaraq Ağsu dolaylarında yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolun Muğanlı-Ağsu hissəsində 3-4 dərəcə şaxta və duman var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub”, – qurum rəsmisi deyib.

A. Nəcəfli bildirib ki, hazırda Bakı – Ələt – Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif çiskin var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub:

“Hacıqabul – Ucar – Yevlax avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Yevlax – Gəncə – Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda zəif qar yağır, yolda qar yoxdur, yolun kənarlarında 30-35 sm qar var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum duz səpilmişdir. 4-5 dərəcə şaxta var. Yolda maillik çox olan yerlərdə, körpülərdə və əsasən yolun meşə zolağından keçən hissələrində buzlaşma olduğundan nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilib. Bununla yanaşı kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı – Qəbələ – Oğuz – Şəki İsmayıllı və Qəbələ rayonları ərazisinə zəif qar yağır, yolda qar yoxdur, 4-5 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Oğuz və Şəki rayonları ərazisində temperatur müsbət olduğundan qar ərimişdir. Hazırda kənd yollarının qardan təmizlənməsi istiqamətində işlər aparılır. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax – Şəki (Göybulaq) yolunda isə yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq yolunda da yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 15 dərəcə şaxta var. Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub”.

Qurum rəsmisi qeyd edib ki, Şəmkir – Gədəbəy avtomobil yolunda yağıntı olmasa da, Gədəbəy rayonu ərazisində 15-16 dərəcə şaxta var:

“Səhər saatlarında yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi yolunda marşrut boyu gecə saatlarında sulu qar və qar yağıb, temperatur müsbət olduğundan əriyib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.Masallı – Yardımlı Yardımlı rayonu ərazisində 15 sm qar yağmış, hazırda zəif qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Yardımlı rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik Lerik rayonu ərazisində 20-25 sm qar yağıb və hazırda yağıntı davam edir. 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz avtomobil yolunda isə yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır”.

 

Share: