17 yaşlı gənc anasına 12 buçaq vurdu

17 yaşlı gənc anasına 12 buçaq vurdu

Bakının Suraxanı rayonunda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

Millətin Səsi.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.

Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Bakının Suraxanı rayonunda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ş.Qəhrəmanov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar aparılır.

***

Bakıda yeniyetmənin anasına 12 bıçaq zərbəsinin vurmasının təfərrüatları məlum olub.

Hadisə gecə saatlarında baş verib.

Belə ki, nənəsigildə qalan yeniyetmə qəfil anası ilə birgə yaşadığı evə qayıtmalı olur.

Məlumata görə, yeniyetmə evdə yad bir nəfər görür. Buna görə o əvvəlcə həmin şəxsi döyüb. Bundan sonra isə anasına ardıcıl olaraq 12 bıçaq zərbəsi vurub.

Share: