Ərdoğan Balkanlara gedir: Regional problemlər…

Bosniya və Hersoqovina təhlükəsizliyinə, sabitliyinə və inkişafına böyük əhəmiyyət verdiyimiz əsas ölkədir. İki ölkənin ümumi iradəsi ilə qurduğumuz mükəmməl münasibətlərimiz var.

Milletinsesi.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Hersoqovina səfərindən əvvəl Atatürk Hava Limanında jurnalistlərə açıqlamasında deyib.

“Səfərimiz zamanı əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün birlikdə atacağımız addımlardan danışmaq imkanı əldə edəcəyik. İnvestisiya məsələləri də daxil olmaqla son vəziyyəti qiymətləndirəcəyik. 28 avqustda Monteneqroya gedəcəyik. Görüşlər zamanı ikitərəfli münasibətləri və regional problemləri müzakirə edəcəyik. Ziyarətim zamanı Tuzi şəhərində Sultan Fateh dövründə tikilən Nizan məscidini və Osmanlı şəhidlərinin məzarını ziyarət edəcəyik. İnanıram ki, Bosniya və Herseqovina və Monteneqro ilə əlaqələrimiz Balkanların sabitliyinə kömək edəcək”, – Ərdoğan bildirib.

Share: