Məktəblərin açılması ile bağlı qərar – Sabah elan olunacaq

Yeni tədris ilinin təşkili ilə bağlı bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

Milletinsesi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, brifinq AzTV, Real TV və Təhsil TV-də canlı yayımlanacaq.

Share: