Nərimanovda yaşayış binasında yanğın baş verib

Nərimanovda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Milletinsesi.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

Nərimanov rayonu, Ə.Əliyev küçəsində yerləşən onaltımərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində mənzildə baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, hadisə zamanı xəsarət alan olmayıb.

Share: