Xuramanın qayınatası dünyasını dəyişdi

Müğənni Xuraman Şuşalının ailəsində ağır itki üz verib.

Axşam.az xəbər verir ki, sənətçinin qayınatası Kamil Məmmədov dünyasını dəyişib.

“Səhhətində problem yox idi, qəfildən oldu. Ürəktutmasından dünyasını dəyişdi” deyə, Xuraman bildirib.

Qeyd edək ki, Xuraman rejissor Elçin Məmmədovla ailəlidir. Cütlüyün dörd övladı var.

Share: