Türkiyədəki görüş öncəsi Rusiyanın üç təklifinə yaşıl işıq

Şərtlər yerinə yetirilərsə, Ukrayna Rusiyanın “NATO-dan imtina etmək və nüvə silahı istehsal etməmək” kimi tələbləri ilə razılaşa bilər.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiya və Ukrayna arasında bu gün keçiriləcək danışıqlar ərəfəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Zelenski, Rusiyanın tələb etdiyi üç şərtini- “Təhlükəsizlik zəmanəti, neytrallıq və Ukraynanın nüvəsiz statusu”-qəbul etməyə hazır olduğunu bildirib.
Rus dilində müsahibə verən Zelenski Ukraynanın tam tərksilah edilməsi tələbini isə rədd edib.

Zelenski həmçinin vurğulayıb ki, onun məqsədi müharibəni mümkün qədər tez bitirmək və Rusiya qüvvələrinin tutduqları yerləri tərk etməsini təmin etməkdir.

Zelenski daha əvvəl demişdi ki, Ukraynaya təhlükəsizlik zəmanəti verilsə, onlar NATO-ya üzv olmaq fikrindən əl çəkəcəklər.

Share: