Şagirdlərin geyimi ilə bağlı qərarı alqışlayıram

Şagirdlərin geyimi ilə bağlı qərarı alqışlayıram

Məktəblilərin forması eyni cür olmalıdır. Bizim dövrümüzdə də var idi. Dövlətimiz və təhsil nazirimizin təsis etdiyi formaların tərəfdarıyam. Hamı eyni cür olmalıdır.

Bu sözləri Milletinsesi.az-a açıqlamasında xalq artisti, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Gülyanaq Məmmədova deyib.

“Bu halda valideynlər də seçim arasında qalmır. Ucuza, bahalıya baxılmır, diqqət yayınmır. Bu qərarı alqışlayıram”, – o bildirib.

Share: