
Vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs edilib.
Millətin Səsi.az xəbər verir ki, özünü vəzifəli şəxs kimi təqdim edən Neftçala rayon sakini Rauf Dadaşov yüksək vəzifələrdə çalışan tanışlarının olduğunu bildirməklə dələduzluqda ittiham olunur.
İttihama görə, Rauf Dadaşov zərərçəmiş kimi tanınan şəxsləri dövlət strukturunda işə düzəltmək, cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azadlığa buraxdırmaq və s. kimi vədlər verərək dələduzluq edib.
Eyni zamanda, təqsirləndirilən şəxs özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edərək “İpək yolu” MMC-nin vəzifəli şəxsi barəsində aparılan məhkəmə işi üzrə tanışları vasitəsilə ona bəraət qazandıracağı vədi ilə 70 min, həmçinin sözügdedən MMC-nin audit yoxlaması zamanı nəticənin onun xeyrinə olacağı vədi ilə 70 min manat alaraq dələduzluq edib.
Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
O, zərərçəkmişlərə 200 min manata yaxın ziyan vurmaqda ittiham olunur.
İstintaq dövründə vurulmuş ziyanın 67 min 500 manatı ödənilib.
Cinayət işi üzrə yaxın zamanlarda məhkəmə prosesi başlayacaq.


