Türkiyədən ABŞ-a S-400 mesajı: “Cavabsız qalmayacaq”

 

“S-400” məsələsində mövqeyimizi daha əvvəl açıqlamışdıq, heç bir dəyişiklik yoxdur. ABŞ müsbət addım atsa, Türkiyə onları cavabsız qoymayacaq.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın deyib. Kalın Rusiya-Ukrayna müharibəsinə münasibətlərinə də toxunub:

“Təəssüf ki, meydanda vəziyyət getdikcə pisləşir. Ukrayna şəhərlərinə hücumlar davam edir, dinc sakinlər ölür, qaçqınların sayı artır. Mürəkkəb bir quruluşda asan nəticə əldə etmək mümkün deyil. Amma biz danışıqlardan əl çəkməyəcəyik. İlk növbədə atəşkəsin elan edilməsi və humanitar dəhlizlərin yaradılması üçün konkret addımlar atılmalıdır. Biz hər iki tərəflə bütün səviyyələrdə görüşməyə davam edirik. Biz NATO sammitindən təzə gəlmişik, orada da müəyyən qərarlar qəbul edilib.

Bunların heç biri Rusiya ilə dialoqa mane olmamalıdır. Hamı Rusiya ilə körpüləri qırarsa, Rusiya ilə kim danışacaq?

Biz də həmin bəyanatı imzaladıq. Prinsipcə, addımları səhv görmürük. Danışıqlar dəstəkləyici şəkildə həyata keçirilməlidir. Eyni zamanda Rusiya tərəfi ilə kanallar açıq saxlanılmalıdır”.

Share: