Xətaidə növbəti ağacəkmə aksiyası keçirildi- Fotolar

Xətaidə növbəti ağacəkmə aksiyası keçirildi- Fotolar

Xətai rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində yeni yaşıllıq sahələrinin yaradılması, ağac, kol bitkilərinin əkilməsi davam etdirilir və bu məqsədlə növbəti aksiya keçirilib.

Rayon İcra Hakimiyyətinin və rayon Bələdiyyələrinin təşəbbüsü ilə təşkil olunan aksiya çərçivəsində rayonun “Gənclik parkı”ında ağaclar əkilib.

Aksiyada Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində rayon rəhbərliyi şəhid ailələrinə səhər yeməyi təşkil edərək onların qayğıları ilə maraqlanıb və səmimi söhbət ediblər.

 

Həmçinin rayon rəhbəri Rafiq Quliyev parkın ərazisini gəzərək parkın daha da gözəlləşməsi üçün göstərişlər verib.

Share: