Putinlə Türkiyədə görüşməyə hazıram – Zelenski

Putinlə Türkiyədə görüşməyə hazıram – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu bildirib.

Milletinsesi.az xəbər verir ki, Zelenski bu barədə “CNN Türk”ə müsahibəsində deyib.

“Bilirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Putinlə özünəməxsus əlaqələri var. Buna görə də biz Türkiyədə görüşün keçirilməsini dəstəkləyirik. Lakin burada çox vacib bir məqam var. Qeyd etdiyiniz kimi, Türkiyədə artıq bir çox görüşlər baş tutub, həmçinin Birləşmiş Ərəb Əmirliklərində texniki qruplar və nümayəndə heyətləri arasında görüşlər olub. Müxtəlif nəticələr əldə edilsə də, müharibə davam edir”, – Zelenski bildirib.

Onun sözlərinə görə, liderlərin görüşündən sonra heç bir irəliləyiş olmazsa, daha çox suallar yaranacaq və vəziyyət diplomatiyanın uğursuzluğu kimi qiymətləndiriləcək:

“Çünki texniki qruplar bir araya gələndə nəticə əldə etməkdə çətinlik çəkə bilərlər. Lakin mən inanmıram ki, biz — rəhbərlər iradəmizi ortaya qoyduğumuz təqdirdə həll edə bilməyəcəyimiz hər hansı bir problem olsun. Məhz buna görə də istəyirəm ki, biz xüsusilə qərar qəbul edən şəxslər qismində bir araya gələk”.

Share: