
Əfqanıstanın qərbində yerləşən Qor əyalətində törədilən partlayış nəticəsində 6 dinc sakin ölüb.
Bu barədə Əfqanıstan hökumət nümayəndələri bildirib.
Hadisə ilə bağlı başqa məlumat yayılmayıb.
Partlayışın məsuliyyətini heç bir qruplaşma hələ ki, üzərinə götürməyib.