Çin lideri Putinin seçilməsindən danışdı, Kreml reaksiya verdi

Çin lideri Si Cinpin Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə gələn il Rusiyada keçiriləcək prezident seçkilərindən danışıb.

 

Modern.az xəbər verir ki, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində “Rusiya xalqının Putini yenidən dəstəkləyəcəyinə” əminliyini ifadə edib.

 

“Mən bilirəm ki, gələn il ölkənizdə daha bir prezident seçkiləri keçiriləcək. Sizin rəhbərliyiniz sayəsində son illərdə Rusiya ölkənin uğur və rifahına nail olmaqda mühüm irəliləyişlər əldə edib. Əminəm ki, rus xalqı sizin sizi güclü şəkildə dəstəkləyəcək”, – deyə Si bildirib.

 

Daha sonra TASS Kremlin sözçüsü Dmitri Peskova istinadən yazıb ki, Çin lideri Putinin 2024-cü il seçkilərində iştirak edəcəyindən yox, Rusiya xalqının Vladimir Putinə inamından danışıb.

 

Qeyd edək ki, Putin ilk dəfə 2000-ci ildə Rusiya prezidenti seçilib, 2004, 2012 və 2018-ci illərdə isə yenidən namizədliyini irəli sürüb və qalib gəlib.

 

Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Putin hələlik seçkilərdə iştirak edəcəyini rəsmi olaraq açıqlamayıb.

Mənbə

Share: