Əfsanələr Misir piramidalarının qarşısında futbol oynadı

FİFA və Afrika Futbol Konfederasiyalarının əfsanələri dünyanın yeddi möcüzəsindən biri olan Misir piramidalarının qarşısında matç keçiriblər.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, FİFA prezidenti Canni İnfantino və Afrika Futbol Konfederasiyasının prezidenti Əhməd Əhmədin də yer aldığı matçda İnfantinonun komandası 4:3 hesablı qələbə qazanıb.

Komandaların heyətində braziliyalı dünya çempionu Kafu, “Tottenhem”in sabiq ulduzu Əhməd Hossam, Argentinalı Xuan Sebastian Veron, “Fənərbaxça” və PSJ kimi komandalarda oynamış Cey Cey Okoça kimi futbolçular meydana çıxıb.

Xatırladaq ki, bu, “2019-cu ilin ən yaxşı afrikalı futbolçusu”nu seçməzdən əvvəl keçirilən yoldaşlıq matçı kimi qeydə alınıb.

Share: