“Əgər cənab Şolts Berlin  yaxınlığında alman tankları ilə ruslarla döyüşmək istəyirsə…”

“Almaniyanın “Leopard” tanklarının Ukrayna Silahlı Qüvvələrinə təhvil verməsi zaman məsələsidir”. 

 

Moderator.az xəbər verir ki, bunu Ukrayna  Milli Təhlükəsizlik və Müdafiə Şurasını(MTMŞ) katibi Aleksey Danilov “Rada” kanalının yayımladığı milli telemarafonun efirində bildirib. 

 

Danilov Almaniyada Rusiyanın reaksiyasına səbəb olmaq və münaqişə tərəfinə çevrilmək riski olmadan bu cür tədarüklərin mümkünlüyü ilə bağlı davam edən müzakirələri şərh edib.

 

“Əgər cənab Şolts( Almaniyanın federal kansleri) almanların Berlin  və Ştutqart yaxınlığında alman tankları ilə ruslarla döyüşməsini istəyirsə, o zaman bu oyunu davam etdirə, orada Ukraynaya tank verməyin lazım olub-olmaması haqda sosioloji araşdırmalar apara bilər”, -deyə MTMŞ katibi deyib.

 

O qeyd edib ki, digər Qərb tərəfdaşları münaqişənin qlobal mahiyyətini dərk edərək Rusiyanın təcavüzündən müdafiədə Ukraynaya dəstəyi gücləndirirlər.

 

“Avropa üçün təhlükə böyükdür və bunu başa düşən ölkələr bizə 150% kömək edir. O ölkələr ki, yavaş-yavaş bunun edilməsinin lazım olduğunu aydın görməyə başlayırlar, onlar da hərəkətə başlayıblar”, – deyə Danilov əlavə edib.

 

Sultan Laçın

 

Mənbə

Share: