Əhalinin sayı açıqlandı

Bu barədə Millətin Səsi.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ilin yanvar-may aylarında əhalinin sayı 16 139 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyun ayının 1-i vəziyyətinə 10 135 272 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Share: