Əhsən Putinə, müharibə başlayan kimi hamı sağaldı

Siz dünyadakı bütün koronavirusu dərhal bitirdiniz, hamı sağaldı.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə deyib.

“Hər şey bitdikdən sonra bu barədə düşünməliyik. Vəziyyətin gərginləşməsi faktı da var və bu kiməsə faydalıdır. Dünən mən Putinə də dedim: Qulaq asın, əhsən sizə, yaxşı iş görmüsünüz – müharibə müharibədir, amma siz dərhal dünyada bütün koronavirusu bitirdiniz, hamı sağaldı”, – o bildirib.

Lukaşenko vurğulayıb ki, yeni ştamların müəyyən edilməsi ilə məşğul olan bir çox mütəxəssis tez varlanıb:

“İndi dünya yenidən bölüşdürülür. Bunda pandemiya hansı rol oynadı? Hər şeyi müqayisə edəndə nəticə çıxaracağıq. Amma Belarusun yolu doğrudur və indi hamı bu yolu seçir”.

Share: