Əhsən Sahil Babayev, yaxşı işləyirsən

Yeni bel həkimi tapmışam, yanına gedirəm. Binə qəsəbisindən bir gənc ailə də müalicə almağa gəlir.

Xəstə 24 yaşlı xanımdır. Yoldaşı tez-tez sudurğa keçirdiyindən gənc xanım həyat yoldaşını gəzdirmək məcburiyyətində qalıb və bu səbəbdən belində 8 mm yırtığ əmələ gəlib. Ağrıkəsici dərmanlar da kömək etmir. Həkimlər əməliyyat deyib, amma sağalmasına zəmanət verməyiblər. Çarəsiz qalan ailə mənim kimi manualterapiyaya gəlir. Sağalıb sağalmayacağımızı isə beş seansadan sonra biləcəyik..

Hər iki sağlamlığını itirən gənclərdən soruşdum ki, pensiya alırsınız?

Dedilər ki, pensiya üçün, yaşamaq üçün qazilər özünü yandırır, müsbət nəticələr əldə edə bilmirlər. Kimdir bizi eşidən?

Əslində haqlıdırlar; qardaşım da hərbi xidmətdə sağlamlığını itirib. Həkimlərin və hərbi hissənin rəyi də var. Əvvəllər 110 manat pensiya alırdı,  Sahil Babayev onu da pensiyasını kəsib.

Qardaşımın həyat yoldaşının da psixoloji problemləri var. Heç biri də işləmir. O ailəyə nə ünvanlı sosial yardım verirlər, nə də kəsilmiş təqaüdünü bərpa edirlər. Döymədiyi qapı qalmayıb.

Bir neçə gün bundan əvvəl mənə deyir ki, aidiyyatı orqanlara sən də müraciət elə.. Dedim:
-Özünü yandırana baxmırlar, bizə baxacaqlar?
Yəni, binədə yaşayan, əslən cənub zonasından olan gənc ailənin dediyi kimi..

Əhsən Sahil Babayev, əla işləyirsən; bundan sonra xəstəliklə pensiyaya çıxmaq istəyənlər bir də o fikrə düşməyəcək.

Çalışaq, xəstələnməyək, sosial müdafiəmiz əmin əllərdə deyil.

Talıb Əhədov

 

Share: