Əlində fişəng partladı: qolsuz qaldı

İtaliyada Yeni il gecəsi baş verən pirotexniki partlayışlar nəticəsində 180-ə yaxın insan xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə bazar günü respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, 48 zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağır qiymətləndirilir.

 

Ən ağır hadisələr Neapol və Milanda qeydə alınıb. Romada 59 avtomobil yandırılıb.

 

Qurbanlar arasında 50 azyaşlı var. İtaliyanın cənubundakı Tarantoda fişəng partlaması nəticəsində aldığı xəsarətlər səbəbindən 10 yaşlı uşağın qolu amputasiya edilib.

Mənbə

Share: