
Akademik Milli Dram Teatrının aparıcı aktrisası, əməkdar artist Hicran Nəsirova qızı Səkinəyə toy edib.
Hicran xanım özü bu haqda Moderator.az-a açıqlama verib.
“Sözün düzü, istəmirdim ki, qızımın toyu haqda mətbuatda məlumat getsin. O özü də xoşlamır, mən də reklamdan uzaq biriyəm. Bizim ailəni tanıyanlar bunu çox gözəl bilirlər. Əslində qızımın toyu 3 il əvvəl olmalı idi. Bilirsiniz ki, ortaya pandemiya düşdü, toylara icazə vermədilər. Daha sonra müharibə başladı, heç kimin əli gəlmədi ki, toy etsin. Hətta toy etmək istəyənlər də, sonradan ləğv etdilər. Qızım 2 ildən çoxdur ki, evlidir. Ürəyimdə qalmışdı ki, Səkinə üçün toy etməmişəm. Oğlumu evləndirmişəm, 3 övladı var. Düşünürəm ki, bir valideyn kimi qızımın da borcundan çıxdım. Həm Səkinəyə toy etdim, həm də qızı Suadanın 1 yaşını qeyd etdim. Allah bütün övladları, balaları qorusun. Toya təşrif buyuran sənət yoldaşlarıma, əzizlərimə təşəkkür edirəm” deyə sənətkar deyib.
Toydan özəl fotoları sizlərə təqdim edirik:






