BMT-nin Baş katibi yenidən Kiyevə gedir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antono Quterreşin martın 8-də Kiyevə səfəri planlaşdırılır. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

 

Modern.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik məlumat verib. Onun sözlərinə görə, Quterreş bu gün Polşaya gələcək və oradan da Kiyevə gedəcək.

 

Quterreş Zelenski ilə görüşündə regiondakı vəziyyətlə yanaşı, Ukrayna taxılının ixracına dair sazişin müddətinin uzadılmasını müzakirə edəcək.

Mənbə

Share: