Meloni və Zelenski arasında Liviyadakı hücuma görə gərgin telefon danışığı olub — Bloomberg

Meloni və Zelenski  arasında Liviyadakı  hücuma görə gərgin telefon danışığı olub — Bloomberg

İtaliyanın Baş naziri Corcia Meloni ilə Vladimir Zelenski arasında, Ukrayna silahlı qüvvələrinin Liviyanın Benqazi limanına hücumundan sonra baş tutan söhbəti gərginliklə keçib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Blomberq” məlumat yayıb.

Məlumata görə, söhbətdə Kiyevlə müttəfiqləri arasında koordinasiyanın olmaması məsələsinə toxunulub. Söhbətin məzmunundan xəbərdar olan bir mənbənin xəbər agentliyinə verdiyi məlumata görə, bu hücum Ukrayna ilə İtaliya arasındakı münasibətlərin soyumasına səbəb olub.

Daha əvvəl İtaliyanın Baş nazir müavini və xarici işlər naziri Antonio Tayani, Zelenskinin Ukrayna silahlı qüvvələrinin Liviyanın Benqazi limanına endirdiyi zərbələrin Kiyevin müttəfiqləri ilə koordinasiya edildiyinə dair iddiasını təkzib etmişdi.

Qeyd edək ki, noyabrın 22-də Ukrayna pilotsuz uçuş aparatları Liviyanın Benqazi limanına hücum edib. Terror hücumuna görə məsuliyyəti öz üzərinə götürən Ukraynanın bu hərəkətlərini Liviya Prezident Şurasının sədr müavini Musa əl-Koni Liviya dövlətinə qarşı müharibə elanı ilə eyni səviyyədə qiymətləndirib.

Share: