Çavuşoğlu türkmənistanlı həmkarı ilə TDT-ni müzakirə edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı qarşıdakı dövrdə keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə olunub.

Mənbə

Share: