İspaniyanın “Marca” nəşri 2022/23-cü il mövsümünün ən yaxşı futbolçularının reytinqini açıqlayıb.
Milletinsesi.az xəbər verir ki, birinci sırada “Mançestr-Siti”nin hücumçusu Erlinq Holand qərarlaşıb.
Erlinq Holand ötən mövsümü 52 oyunda 52 qol və 9 məhsuldar ötürmə ilə tamamlayıb.
İkinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi, üçüncü yerdə Madridin “Real” klubunun braziliyalı hücumçusu Vinqer Vinisius qərarlaşıb.
Qeyd edək ki, ilk beşlikdə PSJ-nin hücumçusu Kilian Mbappe və “Mançestr-Siti”nin belçikalı oyunçusu Kevin de Brüyne də var.