“Münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməliyik”

 

Milletinsesi.az xəbər verir ki, “Beynəlxalq ictimaiyyət münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə nizamlamağa, çoxtərəflilik və inklüzivlik tətbiq etməyə borcludur”.

Bu barədə Pekində keçirilən XI Qlobal Sülh Forumu zamanı Çinin vitse-prezidenti Xan Çjen bildirib.

O, həmçinin qarşılıqlı etimad yaratmaq, mübahisələri həll etmək və təhlükəsizliyə nail olmaq üçün dialoqdan istifadə etməyin zəruriliyini qeyd edib:

“Biz münaqişələri dialoq və məsləhətləşmələr yolu ilə həll etməliyik. Beynəlxalq ictimaiyyət, xüsusən də güclü böyük dövlətlər birmənalı şəkildə sülhü təşviq etməli, müvafiq ölkələrin ehtiyac və istəklərinə uyğun olaraq danışıqları və vasitəçiliyi asanlaşdırmalıdırlar”.

Mənbə

Share: