Ərdoğan Macarıstan Baş naziri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstan Baş naziri Viktor Orbanla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün Ankaraya səfər edən Orbanla görüş mətbuata qapalı keçirilib.

 

Görüşdə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım da iştirak edib.

Mənbə

Share: