Ərdoğan Misir Prezidenti ilə görüşəcək 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan misirli həmkarı Əbdül Fəttah əs-Sisi ilə görüşmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qahirədə həmkarı ilə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib.

 

O qeyd edib ki, görüş Türkiyədə keçirilən seçkilərdən sonra baş tuta bilər. Seçkilər mayın 14-də baş tutacaq.

 

Xatırladaq ki, Ərdoğan və əs-Sisi bundan əvvəl Qətərdə keçirilən Dünya Çempionatı zamanı ayaqüstü görüş keçirib.

Mənbə

Share: