Ərdoğan Putinlə danışacağı vaxtı AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün axşam Rusiya lideri Vladimir Putinlə telefonla danışmağı planlaşdırdığını bildirib.

Modern.az xəbər verir ki, Ərdoğan Putinlə Ukrayna ətrafındakı vəziyyəti qiymətləndirmək niyyətində olduğunu qeyd edib.

Bundan əvvəl Ərdoğan cümə axşamı Putinlə telefon danışığına ümid etdiyini bildirmişdi.

“Belə bir söhbət hazırlanır”,- deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd etmişdi.

Ərdoğan bu gün günorta saatlarında Ankarada çıxışı zamanı deyib: “Bu axşam cənab Putinlə danışıqlarımız olacaq və mənim Ukrayna ilə bağlı problemləri qiymətləndirmək imkanım olacaq”.

Mənbə

Share: