Ərdoğan Rusiya ilə birgə inşa olunan AES-dən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Rusiya ilə birgə layihəsi olan Mersin vilayətindəki Akkuyu AES-dən danışıb.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, tezliklə AES-in bir hissəsinin fəaliyyə başlayacağını bildirib.

 

Ərdoğan energetika siyasətində diversifikasiyanın vacibliyini vurğulayıb. Türkiyə prezidenti atom enerjisi ilə yanaşı, təbii qaz və alternativ enerji mənbələrindən də istifadə geniş olunacağını söyləyib.

 

“Akkuyu AES enerji sahəsində ölkəmizə böyük üstünlük qazandıracaq”, – deyə Ərdoğan əlavə edib.

Mənbə

Share: