Ərdoğan sabah hökuməti toplayır – Nələr müzakirə olunacaq?

Türkiyədə sabah hökumətin iclası keçiriləcək.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

 

Bildirilib ki, əsas müzakirə mövzularından biri İsveç paytaxtı Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında keçirilən aksiyada “Quran” kitabının yandırılması və rəsmi Ankaranın buna cavabı olacaq.

 

Həmçinin bir sıra iqtisadi məsələlər, hicabla bağlı konstitusiya dəyişiklikləri, eləcə də seçki məsələləri müzakirə ediləcək.

Mənbə

Share: