Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2 və ya 6-da keçirilə bilər.
Millətin Səsi.az xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.
Ölkənin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini mayın 30-da açıqlayacaq.
İyunun 2-də millət vəkilləri Böyük Millət Məclisində and içəcək. 5 gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək.
Məlumata görə, R.T.Ərdoğan ya iyunun 2-də, ya da iyunun 6-da Türkiyə Böyük Millət Məclisində and içib, vəzifəsinin icrasına başlayacaq. Prezident and içdikdən sonra yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək.