Azərbaycan Basketbol Liqasının qalibi bu gün bəlli olacaq

Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu – beşinci oyunu keçiriləcək.

 

Moderator.az-ın məlumatına görə, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər.

 

Qalib gələn kollektiv ölkə çempionu adına sahib çıxacaq. Dörd görüşdən sonra ümumi hesab bərabərdir – 2:2.

 

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

 

Mənbə

Share: