Röya bu gün açıq havada konsert verəcək – Foto

Röya bu gün açıq havada konsert verəcək – Foto

Bu gün Xətai rayonunda Zəfər Gününə həsr edilmiş konsert keçiriləcək.

Millətin Səsi.az xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyəti və YAP-ın Xətai rayon təşkilatının təşəbbüsü ilə keçirilən konsert saat 17:00-da Heydər Əliyev adına istirahət parkının amfiteatrında baş tutacaq.

Tədbirdə xalq artistləri Röya Ayxan, Mələkxanım Eyyubova, Məleykə Əsədova, əməkdar artist Babək Niftəliyev, tanınmış xanındələr Mirələm Mirələmov, Zabitə Əliyeva, cümlədən Elnarə Xəlilova, Aynur Dadaşova və digər müğənnilər iştirak edəcək.

Share: