Neymarın atası “Santos”un baş direktoru oldu

Neymarın atası “Santos”un baş direktoru oldu

Braziliyanın “Santos” klubunun hücumçusu Neymarın atası Neymar da Silva komandanın baş direktoru vəzifəsinə təyin edilib.

Millətin Səsi.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Neymar dekabr ayına qədər klubun planlaşdırılmasında strateji mövqe tutacaq. Dekabrın 12-də keçiriləcək prezident seçkilərində Marselo Teyşeyra yenidən seçilərsə, Neymarın atası vəzifəsində qalacaq.

Qeyd edək ki, Neymar 2025-ci ildən “Santos”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı il dekabrın 31-də başa çatır.

34 yaşlı futbolçu bu mövsüm “Santos”un heyətində 27 oyun keçirib, 10 qol vurub və 8 məhsuldar ötürmə edib.

Share: