
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın, kənd təsərrüfatı naziri İbrahim Yumaklı və digər rəsmilər müşayiət edir.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana rəsmi səfərə gəlib.
Millətin Səsi.az Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.


