Ərdoğanın diplomu ictimaiyyətə təqdim olundu – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın universitet diplomunun fotosu paylaşılıb.

Bu barədə “Hürriyyet” qəzeti məlumat yayıb.

Diplomla yanaşı Ərdoğanın məzunlar kitabı, hərbi xidmət şöbəsinə yazılan məktub, universitet qeydiyyat dəftəri kimi rəsmi sənədlər də ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, Ərdoğan Marmara Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsini bitirib.

Mənbə

Share: